İngiltərə Premyer Liqasının 22-ci turunda “Vulverhempton” evdə “Liverpul”u 3:0 hesabı ilə məğlub edib.
Hesab 5-ci dəqiqədə avtoqoldan sonra açılıb. “Liverpul”un müdafiəçisi Joel Matip topu öz qapısına vurub.
İkinci qol 8 dəqiqə sonra vurulub. “Vulverhempton”un heyətində Kreq Douson fərqlənib. Oyunda son nöqtəni Ruben Neviş qoyub.
“Vulverhempton” - “Liverpul” - 3:0