İngiltərə kubokunun 1/8 mərhələsində “Liverpul” və “Arsenal” komandaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, məşqçilər oyunda gənc oyunçulara özlərini sınamaq imkanı veriblər.
Buna baxmayaraq komandalar oyunun əsas vaxtında hərəyə 5 top vurublar. Matçdan sonrakı penaltilərdə isə “mersisaydlılar” daha uğurlu olub.
Qaliblərin heyətində Milner, Oksleyd-Çemberlen hərəyə bir top vurublar, Origi isə dubla imza atıb.
“Arsenal”lı Mustafi avtoqol müəllifi olub. Onun komanda yoldaşları Torreyra, Uillok, Naylz və iki dəfə Martinelli rəqib qapısına yol tapa biliblər. Türk əsilli Məsut Özil üç məsuldar ötürmə ilə yadda qalıb.
“Liverpul” və “Arsenal” şou göstərdilər – 5:5 və penaltilər - VİDEO
Rəylər