İngiltərə Premyer Liqasında XIII, XVIII və XIX turların təxirə salınmış oyunları baş tutub.
Oxu.Az xəbər verir ki, “Liverpul” “Lids”i qəbul edib, “Totenhem” “Börnli”nin qonağı olub, “Votford” isə “Kristal Pelas”la qarşılaşıb.
Turnir cədvəlinin ikincisi olan mersisaydlılar elə ilk hissədəcə matçın taleyini həll ediblər. Məhəmməd Salahın dəqiq vurduğu iki penalti “Liverpul”un böyük hesablı qələbəsində pay sahibi olub – 6:0.
Çempionatın iddialılarından olan “Totenhem” ötən tur lider “Mançester Siti”yə qalib gəlsə də, bu dəfə autsayderlər sırasındakı “Börnli”yə uduzub – 0:1.
“Kristal Pelas” isə səfərdə “Uotford”dan üstün olub – 4:1.
İngiltərə Premyer Liqası
(XIII, XVIII və XIX turlar)
“Börnli” – “Totenhem” 1:0