İngiltərə Premyer Liqasında XXXIII turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, mərkəzi matçda çempionluq uğrunda mübarizə aparanlar - “Mançester Siti” və “Arsenal” birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər.
Qarşılaşma “şəhərlilər”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal”ın yeganə qolunu Rob Holdinqin vurduğu qarşılaşmada “Mançester Siti”yə üç xalı Kevin De Bruynenin iki, Con Stounz və Erlinq Holandın hərəyə bir qolu qazandırıb.
Məğlubiyyətə baxmayaraq, “Arsenal” əvvəlki kimi liderdir. “Topçular”ın aktivində 75 xal var. “Mançester Siti” isə çempionluq matçı hesab edilən görüşdə qazanılan qələbə sayəsində xallarını 73-ə çatdırıb və ikinci pillədədir. Komandanın ehtiyatda iki oyunu da var.
“Liverpul”dan geridönüş, çempionluq oyununda “Mançester Siti” “Arsenal”a qalib gəldi - VİDEO
Rəylər