İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Çempionluğa ənənəvi namizədlərdən sayılan “Liverpul” “Aston Villa”nın qonağı olub. Mersisaydlılar rəqiblərinə aman verməyiblər. Ev sahiblərinin gücü buraxılan üç qoldan yalnız birinin əvəzini çıxmağa yetib - 1:3.
Turun bu gün baş tutan digər matçlarında “Brentford” ev oyununda “Tottenhem”lə sülh bağlayıb – 2:2, “Fulhem” “Kristal Pelas”ı (0:3), “Brayton” isə “Sauthempton”u (1:3) səfərdə məğlub edib.