“Brayton”un futbolçusu Moyses Kaysedo “Liverpul”a keçməkdən imtina edib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, klublar 126 milyon avroluq keçidlə bağlı anlaşma əldə etsələr də, ekvadorlu müdafiəçi bununla razılaşmayıb. “Qırmızılar” hətta tibbi müayinənin vaxtını da müəyyənləşdiriblər. Lakin 21 yaşlı oyunçu bildirib ki, o, yalnız “Çelsi”yə keçmək istəyir.
London klubu yaxın zamanda yeni təklifini irəli sürəcək. “Zadəganlar”ın əvvəlki təklifləri “Liverpul”dan aşağı olub və “Brayton”u razı salmayıb.
Qeyd edək ki, Kaysedo “Liverpul”a keçsə, futbol tarixinin ən bahalı müdafiəçisi olacaqdı.
13:16
İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “qırmızılar” “Brayton”la müdafiəçi Moyses Kaysedonun transferi ilə bağlı razılığa gəliblər.
Mersisayd klubu 21 yaşlı ekvadorlu üçün qarşı tərəfə 126 milyon avro ödəyəcək. Keçid artıq bu gün elan edilə bilər.
Transfer reallaşsa, Kaysedo futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırda bu ad bir müddət əvvəl Almaniya “Leypziq”indən İngiltərə “Mançester Siti”sinə 90 milyon avroya keçən Yoşko Qvardiola məxsusdur.
Kaysedo 2022-ci ilin yanvarında Belçika “Bersxot”undan “Brayton”a transfer olunub. O, keçən mövsüm 47 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.