Dünən qadın Superliqasında “Lokomotiv” və “Azəryol” voleybol klubları arasında matç baş tutub.
Oxu.Az xəbər verir ki, “Lokomotiv” 3:1 (14:25, 25:14, 25:19, 25:22) hesabı ilə qalib gələrək “Azəryol”u geridə qoyaraq turnir cədvəlində 2-ci yerə yüksəlib.
“Lokomotiv” 26 xal, “Azəryol” 25 xala malikdir. 30 xal ilə “Rabitə” liderlik edir.
Bununla da Azərbaycan çempionatının üçüncü dairəsi başa çatdı. Qarşıda dördüncü mərhələ var, burada komandalar hər biri dörd oyun keçirəcək.