Azərbaycanda qadınlar arasında voleybol çempionatının ilk yarımfinal matçları keçirilib.
Oxu.Az xəbər verir ki, “Lokomotiv” 3:1 (25:17, 25:22, 14:25, 25:15) hesabı ilə “Azəryol”a qalib gəlib.
“Rabitə” isə “Azərreyl”dən üstün olub – 3:0 (25:19, 25:19, 25:15). İkinci matçlar aprelin 6-da keçiriləcək.
Yarımfinal seriyası komandalardan birinin iki qələbəsinədək davam edəcək.
F.H.
www.oxu.az