Dünən qadınlar arasında voleybol Superliqasında “Lokomotiv” və “Azəryol” görüşüb.
Oxu.Az xəbər verir ki, çempionatın ikinci və üçüncü komandasının görüşü 3:0 (25:22, 25:13, 25:19) hesabı ilə “Azəryol”un qələbəsi ilə başa çatıb.
Bu qələbə “Azəryol”a “Lokomotiv”dən önə keçməyə və 2-ci pilləyə qalxmağa imkan verdi. Liderlik isə əvvəlki kimi “Rabitə”yə məxsusdur.
Turnirdə vəziyyət:
1. “Rabitə” – 33 xal, partiya fərqi 36-10 (13 matç)
2. “Azəryol” – 28, 33-17 (13)
3. “Lokomotiv” – 26, 30-19 (13)
4. “Azərreyl” – 6, 10-36 (113)
5. “Telekom” – 3, 9-35 (12)
F.H.
www.oxu.az