Dünən Azərbaycanın qadın voleybol klubları “Lokomotiv” və “Azəryol” arasında yoldaşlıq görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, “Lokomotiv” 3:1 hesabı ilə qalib olub. Partiyaların nəticələri – 25:22, 25:21, 25:23, 22:25.
İlk üç seti “Lokomotiv” qazanıb, amma oyun yoldaşlıq görüşü olduğu üçün, tərəflər dördüncü partiyanı da oynamaq qərarına gəliblər, bu setdə isə “Azəryol” qalib gəlib.
Məlum olduğu kimi, “Lokomotiv” “Azəryol”u bir xal, “Rabitə”ni 2 xal qabaqlayaraq Azərbaycan çempionatının lideridir.
Bu oyun “Azəryol” üçün Çempionlar Liqasının pley-offun birinci raundunda fevral ayının 11-də italyan “Yamamay”ı ilə keçiriləcək matçından öncə çox vacib idi.
F.H.
www.oxu.az