İngiltərə Premyer Liqasının 21-ci turunda iki London komandası - “Çelsi” və “Fulhem” üz-üzə gəlib.
Komandalar Londonun “Stemford Bric” stadionunda qarşılaşıblar.
Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə “Çelsi”nin 21 yaşlı yarımmüdafiəçisi Koul Palmer penaltini dəqiq yerinə yetirərək hesabı açıb və komandasını önə keçirib. Palmerin qolu bu görüşdə yeganə olub və “zadəganlar” 1:0 hesablı qələbə qazanıblar.
Bu matçın nəticəsindən sonra “Çelsi” 31 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. Komanda xalları eyni olan “Mançester Yunayted”i geridə qoyub, lakin “qırmızı şeytanlar”ın ehtiyatda bir oyunu var. “Fulhem” isə hazırda 13-cü yerdədir. Komanda 21 oyundan cəmi 24 xal toplayıb.
Rəylər