“Ukraynada 30 gün ərzində bütün idman fəaliyyətləri dayandırıldı. Kiyevdən ayrılıb Rumıniyaya qayıtmayacağam, qorxaq deyiləm”.
Oxu.Az xəbər verir ki, bunu Ukraynanın “Dinamo” (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku deyib.
76 yaşlı rumın mütəxəssis daha sonra sərt danışıb: “Ümid edirəm ki, axmaqların başlatdığı müharibə qısa zamanda dayandırılacaq. Heç vaxt müharibənin başlayacağını düşünməmişdim”.
Qeyd edək ki, Mirça Luçesku əvvəl Rusiyada “Zenit” komandasını da çalışdırıb.