"Neftçi" futbol klubu yay transfer pəncərəsində növbəti keçidini rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi paraqvaylı futbolçu Luis Ortisin keçidini tamamlayıb. 25 yaşlı sol cinah yarımmüdafiəçisi mövsümün sonuna kimi icarə əsasında "Neftçi"nin formasını geyinəcək.
Ortisin müqavilə ilə məxsus olduğu klub Paraqvayın "Sportivo Ameliano" komandasıdır. O, bu ilin əvvəlindən etibarən çıxış etdiyi 22 oyunda 3 qola imza atıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Luis Ortis karyerası ərzində yalnız vətənində çıxış edib. Bu, onun xaricdəki ilk təcrübəsi olacaq.