İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriç yeni rekorda imza atıb.
38 yaşlı yarımmüdafiəçi buna “Kadis”ə 3:0 hesabı ilə qalib gəldikləri La Liqanın XIV turunun matçında iştirak etməklə nail olub.
Xorvatiyalı 35 yaşdan sonra paytaxt təmsilçisinin heyətində 161-ci qarşılaşmasını keçirib. O, bu göstəriciyə görə 1986-1997-ci illərdə “Kral klubu”nun formasını geyinmiş Fransisko Buyonu (160 oyun) geridə qoyub.
Qeyd edək ki, Luka Modriç cari mövsüm bütün turnirlərdə 16 görüşdə meydanda olub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Mənbə: Marca
Rəylər