"Mən oyundan əvvəl "mərhələni keçəcəyik" dediyimi xatırlamıram".
Oxu.Az xəbər verir ki, bunu "Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında bildirib.
O, mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını ifadə edib:
"Mən oyundan əvvəl "mərhələni keçəcəyik" dediyimi xatırlamıram. Sadəcə iki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ümumilikdə bir top fərqi ilə uduzduq. Baxmayaraq ki, məğlub olmağı sevmirəm".
Mütəxəssis "Qarabağ"ın futbolçusu Kadi Borgesin oyununu fərqləndirib:
"Qarabağ"ın heyətində Kadi Borges yaxşı futbolçudur. Mən onunla təxminən iki həftə vaxt keçirdim. O, bizim heyətimizdə yer alarkən onun futbolçu keyfiyyətlərini tam görə bilməmişdik. Bununla belə, hazırda "Ferentsvaroş"un heyətində güclü futbolçular yer alıb".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Səfərdəki ilk matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı.
Anar Həsənov