“Milan”ın direktoru Paolo Maldini klubun hücumçusu Mario Mancukiçə ümid bəslədiyini bildirib.
Bu barədə “Football Italia” məlumat yayıb.
“Biz Mancukiçin xarakterini yaxşı bilirik, onunla danışmışıq. Biz futbolçularımızla məsləhətləşmirik, hər şeyi klub həll edir. Məşqçi ilə birbaşa əlaqəmiz var. Biz digərlərindən fərqlənənləri kluba cəlb edirik”, - deyə P.Maldini bildirib.