Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Mançester Siti” - “Çelsi” matçında qalib müəyyənləşmədi - VİDEO
İngiltərə Premyer Liqasının 25-ci turunun mərkəzi matçında “Mançester Siti” və “Çelsi” komandaları qarşılaşıblar.
“Etihad Stadium”da qalib müəyyənləşməyib.
Matçın 42-ci dəqiqəsində Sterlinq hesabı açaraq, qonaqları irəli çıxarıb. 83-cü dəqiqədə isə Uoker cavab qolunu vuraraq, hesabı bərabərləşdirib. Oyun elə bu nəticə ilə də başa çatıb - 1:1.
Hazırda Premyer Liqada keçirilən 25 oyundan sonra “Mançester Siti” 53 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi” isə 35 xalla 10-cu yerdədir.
"Çelsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər