İngiltərənin “Mançester Siti” komandası klublararası dünya çempionatının qalibi olub.
Oxu.Az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə dörd cavabsız qolla qələbə qazanıblar. Birinci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub - 4:0.
Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl-Əhli”si isə turnirdə üçüncü yeri tutub.
Rəylər