İngiltərə Premyer Liqasının 31-ci turunun növbəti qarşılaşmaları yekunlaşıb.
Bu turda səfərdə “Börnli”nin qonağı olan “Mançester Siti” ilk hissədə oyunun taleyini həll edərək liderliyini davam etdirib.
“Mançester Siti”nin qollarını beşinci dəqiqədə K. De Bruyne və 25-ci dəqiqədə İ.Gündoğan vurublar. Qələbə xallarının sayını 73-ə çatdıran “Mançester Siti”nin daha erkən başa çatmış qarşılaşmada qələbə qazanan “Liverpul”la bir xallıq fərqi qorumasına kömək edib - 2:0.