İngiltərə Premyer Liqasında XVII tura start verilib.
Oxu.Az xəbər verir ki, “Mançester Siti” öz meydanında “Lids Yunayetd”i qəbul edib.
Görüş meydan sahiblərinin darmadağını ilə yekunlaşıb.
“Şəhərlilər” rəqibinin daşını daş üstdə qoymayıb – 7:0.
Bu nəticə ilə xallarının sayını 41-ə yüksəldən “Mançester Siti” liderliyini davam etdirib.