İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.
Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparıb.
Son tura 90 xalla 1-ci pillədə girən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda evdə “Aston Villa”nı (45 xal, 14-cü yer) ilə qəbuledib. 3:2 hesablı qələbə qazanan “Siti” çempionluğu bayram edib.
19:00
Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.
Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.
Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.
Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.
Artıq hər iki matçda start fiti səslənib.
18:25
Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.
Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır. Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşacaq. Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edəcək. “Çelsi” isə 71 xalla 3-cü pillədə qərarlaşıb.
Artıq hər iki oyunda start heyətləri açıqlanıb.
19:00. “Mançester Siti” - “Aston Villa”
“Mançester Siti”: Ederson, Con Stounz, Fernandinyo, Laport, Kanselo, Rodri, De Brün, Bernardo, Mahrez, Foden, Jezus
“Aston Villa”: Olsen, Keş, Çembers, Minqs, Din, Makgin, Luiz, Remzi, Buensia, Uotkins, Koutinyo
19:00. “Liverpul” - “Vulverhemton”
“Liverpul”: Alisson, Aleksandr-Arnold, Konate, Matip, Robertson, Henderson, Tyaqo, Keyta, Jota, Diaz, Mane
“Vulverhemton”: Xose Sa, Conni, Boli, Koadi, Toti, Eit-Nuri, Dendonker, Neves, Moutinyo, Ximenez, Netu
13:20
Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.
Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır. Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşacaq. Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edəcək. “Çelsi” isə 71 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.