“Mançester Siti” İngiltərə Premyer Liqasının IV turunu da qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, əvvəlki turları itkisiz keçirən “şəhərlilər” bu dəfə doğma meydanda “Fulhem”dən güclü olublar - 5:1.
31-ci dəqiqədə Xulian Alvares Pep Qvardiolanın komandasını hesabda irəli çıxarıb. İki dəqiqə sonra Tim Rim tarazlığı bərpa etsə də, 45+5-ci dəqiqədə Natan Ake yenidən meydan sahiblərini önə keçirib. 59-cu dəqiqədə üçüncü qolu vuran Erlinq Holand 70-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirib. 90+5-ci dəqiqədə isə o, het-trik edərək matçda yekun hesabı müəyyənləşdirib.
“Mançester Siti” maksimum nəticə - 12 xalla vahid liderdir. “Fulhem” dörd xalla 12-ci yerdə qərarlaşıb.
Faiq Tahirov