Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Mançester Siti" yeni ev formasını təqdim edib
"Mançester Siti" klubu 2025/2026 mövsümü üçün ev formasını təqdim edib.
Oxu.Az xəbər verir ki, forma klubun texniki tərəfdaşı olan Almaniyanın idman brendi "Puma" tərəfindən hazırlanıb.
Qeyd olunur ki, klubun əsas kişi komandası yeni ev formasında bu yay ABŞ-də keçiriləcək klublararası dünya çempionatında çıxış edəcək.
"Mançester Siti" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdə qərarlaşıb. Liqanın çempionu isə vaxtından əvvəl "Liverpul" olub.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar