Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Mançester Siti”dən inamlı qələbə
Bu gün İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Mançester Siti” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 46-cı dəqiqədə Rahim Sterlinq, 66-cı dəqiqədə Kevin De Brüyne və 70-ci dəqiqədə İlkay Gündoğan vurub.
87-ci dəqiqədə “Mançester Siti”in futbolçusu Fernandinyonun ikinci sarı vərəqəsini alması ilə meydan sahibləri azlıqda qalsalar da, qələbəni əldən verməyiblər.
Xallarının sayını 22-yə çatdıran “Mançester Siti” 10 turdan sonra ikinci pillədə qərarlaşıb.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqasında yeni ilin ilk oyunu: "Arsenal" üçün ikincilik şansı
- İngiltərə Premyer Liqası: "Nyukasl" "Mançester Yunayted"i məğlub etdi
- İngiltərə Premyer Liqası: "Çelsi" səfərdə "İpsviç"ə uduzdu
- Avropanın yaşıl meydanlarında bu gecə keçiriləcək görüşlərin AFİŞASI
- İngiltərə Premyer Liqası: "Liverpul" ili darmadağınla başa vurdu
Ən çox oxunanlar
Rəylər