İngiltərə Premyer Liqasında XIX turun son oyunu keçirilib.
Turnir cədvəlinin sonuncu pillələrində qərarlaşmış “Nyukasl” çempionluğa iddialı “Mançester Yunayted”i qəbul edib.
“Sent Ceyms Park” stadionunda baş tutan qarşılaşmanın ilk dəqiqələrindəcə ev sahibi komandanın futbolçusu Sen-Maksimin fərqlənib. “Qırmızı şeytanlar”ın cavabı yalnız 71-ci dəqiqədə Kavaninin qolu ilə gəlib.
Beləliklə də, mankunianlar autsayderin öhdəsindən gələ bilməyərək növbəti xal itkisinə məruz qalıblar – 1:1.