"Mançester Yunayted" avrokubok matçının 120-ci dəqiqəsində iki qol vuran tarixdə ilk komanda oldu.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "OptaJoe" özünün "X" hesabında bildirib.
Avropa Liqasının dörddəbir final cavab matçında "Mançester Yunayted" "Lion"u 5:4 hesabı ilə məğlub edib. İngilis klubu 120-ci dəqiqədə iki qol vurub. Qolların müəllifləri Kobbi Maynu və Harri Maquayr olub.
İlk görüş 2:2 hesabı ilə başa çatıb. Beləliklə, iki matçın nəticəsinə görə "Mançester Yunayted" turnirin yarımfinalına yüksəlib, burada "Atletik Klub"la qarşılaşacaq.
2025-ci ildə Avropa Liqasının final matçı "Atletik Klub"un ev stadionu olan İspaniyadakı "San-Mames"də keçiriləcək.