İngiltərə futbol tarixinin ən kəskin rəqabətlərindən sayılan “Mançester Yunayted” – “Lids Yunayted” qarşılaşması başa çatıb.
“Old Trafford”da səkkiz qol vurulub. “Qırmızı Şeytanlar” öz doğma meydanlarında rəqibi darmadağın ediblər – 6:2.
Beləliklə, mançesterlilər bu qələbə ilə 13 turdan sonra xallarını 26-ya çatdıraraq üçüncü pillədə yer alıb.