İngiltərə çempionatının XV tur qarşılaşmasında “Mançester Yunayted” 2:1 hesabı ilə “Totenhem”i məğlub edib.
Oxu.Az xəbər verir ki, Joze Mourinyunun təzə və keçmiş komandaları əfsanəvi “Old Trafford” stadionunda üz-üzə gəliblər.
Ev sahiblərinin heyətində Markus Reşford dubla imza atıb (6, 49-cu dəqiqələr). İkinci qolunu hücumçu penaltidən vurub. “Totenhem”in heyətində isə Deli Alli fərqlənib (39-cu dəqiqə).
Bu “Totenhem”in Mourinyonun başçılığı altında ilk məğlubiyyətidir.
Xatırladaq ki, 2016-2018-ci illərdə portuqaliyalı mütəxəssis “Mançester Yunayted”in baş məşqçısı olub.