“Qəbələ”nin və Rusiya yığmasının keçmiş futbolçusu, indi “Krasnodar” klubunda çıxış edən Marat İzmaylov rusiya klubundan akldığı dəvətin onun üçün gözlənilməz olduğunu bildirib.
“Hər şeydən öncə onlaırn məni Azərbaycan çempionatında “Qəbələ”də görmələri təəccübləndirdi, - Oxu.Az İzmaylovun championat.com-a verdiyi müsahibəsi zamanı deyilən sözlərindən sitat gətirir. – Başqa heç nə.
“Krasnodar buna qədər bir neçə mövsüm özünü müsbət tərəfdən göstərib – həm imic, həm də futbolda. Məndə bu klub haqqında təxmini fikrim var idi, və onun təqdimatında yalnız müsbət şeylər görmüşdüm”.
F.H.
www.oxu.az