Mari-Luize Eta Şteffen Baumqartın istefasından sonra "Union Berlin"in sükanı arxasına keçib və Almaniya Bundesliqası tarixində ilk qadın məşqçi olub.
Oxu.Az bu barədə sovsport.ru-ya istinadən xəbər verir.
Mari-Luize Eta daha əvvəl Berlin klubunun U-19 komandasına rəhbərlik edirdi.
Qeyd edək ki, "Union" Almaniya çempionatının turnir cədvəlində 11-ci yeri tutur. Komandanın aktivində 32 xal var.