Braziliya millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Mario Jardel oğurluq hadisəsi ilə üzləşib.
Bu barədə “Sporx” məlumat yayıb.
Belə ki, Mario Jardelin ən çox qol vurduğu mövsümlərdə qazandığı iki “Qızıl buts” və gümüşlə bürüncdən hazırlanmış digər mükafatlar oğurlanıb.
Futbolçu açıqlamasında bildirib ki, oğurlanan əşyaların dəyəri maddi baxımdan onu maraqlandırmır, lakin mənəvi olaraq bu itki ona çox ağır təsir edib.