"Fənərbağça" klubuna transfer olunduğu deyilən Marko Asensio keçidi ilə bağlı xəbəri ələ salıb.
Oxu.Az xəbər verir ki, Asensio sosial media hesabında bu iddiaya təəccüblü cavab verib.
İspan ulduzun yazdığı mesaj sosial mediada yayılıb.
Marko Asensio "X" platformasında bu iddiaya "Mənim niyə bundan xəbərim yoxdur?" - deyə cavab verərək şayiələri təkzib edib.
PSJ-nin yarımmüdafiəçisi Marko Asensio karyerasını "Fənərbağça"da davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Pursi" ləqəbli futbol və reklam agenti sosial şəbəkələrdə məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq sövdələşmə başa çatıb və söhbət icarədən yox, təfərrüatı açıqlanmayan tamhüquqlu transferdən gedir.
Ötən mövsüm 28 yaşlı futbolçu PSJ-nin heyətində Liqa 1-də 19 oyunda iştirak edib və dörd qol vurub. Onun ölkə kubokunda da beş oyunu və bir qolu var. Çempionlar Liqasının altı oyununda ispaniyalı fərqlənməyib. Daha əvvəl Paris qrandı Asensionun "Napoli"nin forvardı Viktor Osimhenin mümkün alınması üçün müqaviləyə daxil edilməsi variantını nəzərdən keçirirdi.
Xatırladaq ki, "Fiorentina"nın sabiq yarımmüdafiəçisi Sofyan Amrabatın da "Fənərbağça"ya keçdiyi barədə xəbərlər yayılmışdı.
Rəylər