“Bakı idman siyasətinin formalaşmasında mərkəz rolunu oynadı. Bütün Azərbaycanı təbrik edirik”.
Oxu.Az xəbər verir ki, bunu UNESCO-nun İdmanda dopinqlə mübarizə haqqında Beynəlxalq Konvensiyası üzrə Tərəflərin Konfransının (COP) 8-ci sessiyasının sədri Markos Diaz Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı - MINEPS VII-nin yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.
O, Bakıda qəbul edilən yekun Sənədinin dünya imanında bələdçi rolunu oynayacağını bildirib:
“Azərbaycana ev sahibliyinə görə təşəkkürümü bildirmək istəyirəm. 7 il fasilədən sonra belə bir forum keçirildi. Bir araya toplaşaraq ki, bir sənəd qəbul edək və bu, bizim üçün bələdçi olduq. Çox uğurlu, əksəriyyətimizin düşüncələrindən daha irəli gedən bir sənəd oldu”.
Dominikan Respublikasında olan Markos Diaz ölkəsində Azərbaycanı “Formula-1” üzrə Bakı Qran-Prisinə görə tanıdıqlarını söyləyib:
“Çox gözəl, qonaqpərvər insanlarla vaxt keçirdik. Azərbaycana çox uzaq ölkə, Dominikan Respublikasından gəlirəm. Bakıya gəlmək üçün səyahətə hazırlaşanda dostlarıma uzağa getdiyimi dedim. Onlar hamısı Azərbaycanı tanıdılar, dedilər ki, Bakıda “Formula-1” keçirilir. İdman necə də heyrətamizdi! Uzaq məsafədən mədəniyyətləri insanlara tanısa bilir. Geri qayıdanda dostlarıma deyəcəm ki, orada sadəcə “Formula-1” keçirilmir, Azərbaycan dostcasına insanları olan ölkədir. Bakıda gün keçirmək çox yaxşıdır”.
Faiq Tahirov