Fransalı yarımmüdafiəçi Adrien Rabyo bu yay klubunu dəyişə bilər. "Marsel" 30 yaşlı yarımmüdafiəçini transferə çıxarmağa hazırlaşır və təxminən 15 milyon avro qazanacağını gözləyir.
Oxu.Az-ın RMC-yə istinadən verdiyi xəbərə görə, futbolçu ilə İtaliya nəhəngləri "Yuventus" və "Milan" maraqlanır.
Xatırladaq ki, transferlə bağlı qərar Liqa 1-in ilk turunda "Marsel"in "Renn"ə uduzmasından (0:1) sonra Rabyo ilə Conatan Rou arasında baş verən toqquşmadan sonra verilib. Klub hər iki futbolçunun satışa çıxarıldığını rəsmən açıqlayıb. Rabyonun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Ötən mövsüm Rabyo "Marsel"in heyətində bütün turnirlərdə 31 oyun keçirib, 10 qol vurub və altı məhsuldar ötürmə edib.