Avropa Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ” üzərində qələbə qazanan “Marsel”in ulduz futbolçusu Mateo Qenduzi oyunsonrası mətbuat konfransında iştirak edib.
Oxu.Az xəbər verir ki, Mərakeş əsilli futbolçu sayılmayan qoldan danışıb.
“Hamı gördü ki, top futbolçunun əlinə dəydi. Lakin hakim epizodu görmədi. “Qarabağ”ın futbolçuları ilə mübahisə də etdik. Sonda baş məşqçi Qurban Qurbanov və kapitan Maksim Medvedev bunu qəbul etdi. Qurban Qurbanova da, Maksim Medvedevə buna görə çox təşəkkür edirəm”.