Əfsanəvi basketbolçu Maykl Cordanın geyindiyi idman ayaqqabıları hərracda satılıb.
Hərrac Las-Veqasda keçirilib. Əfsanəvi basketbolçu sözügedən idman ayaqqabısını 1984-cü ildə “Çikaqo Buls”la ilk mövsümündə meydana çıxarkən geyinib.
Keçirilən hərracda idman ayaqqabısı 1,47 milyon dollara satılıb. Bu rəqəm idman ayaqqabıları üçün ödənilmiş ən yüksək məbləğ kimi rekord təşkil edib.

Mənbə: Haber Global