Hücumçu Kilian Mbappenin kiçik qardaşı 17 yaşlı yarımmüdafiəçi Etan Mbappe "Lill"ə keçə bilər.
Məlumata görə, saziş hələ bağlanmayıb, lakin tərəflər danışıqların aktiv mərhələsindədir.
Bildirilir ki, "Lill" prezidenti futbolçunun transferi ilə şəxsən maraqlanır.
Etan Mbappe 2017-ci ildən PSJ-dədir. O, 2023-cü ildə əsas komandada debüt edib. Ötən mövsüm kiçik Mbappe bütün turnirlərdə 35 matçda iştirak edib, bunun üçündə PSJ-nin əsas komandasında çıxış edib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 1,5 milyon avrodur.
Bu ay Etan qardaşının ardınca PSJ-dən ayrıldığını açıqlayıb.
Mənbə: championat.com