Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mbappesiz PSJ Ronaldunun komandasına güc gələ bilmədi - VİDEO
Fransanın PSJ və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubları yoxlama oyunu keçirib.
Oxu.Az xəbər verir ki, Yaponiyanın Osaka şəhərindəki “Naqay” stadionunda təşkil olunan matçda qalib müəyyənləşməyib - 0:0.
PSJ-nin ulduz hücumçusu Kilian Mbappe bu qarşılaşmada meydana çıxmayıb. O, gələcəyi qeyri-müəyyən olduğu üçün Yaponiyadakı təlim-məşq toplanışından uzaqlaşdırılıb. Fransalı forvard PSJ-dən ayrılmaq istədiyi üçün klub rəhbərliyi bu addımı atıb. Mbappenin xidmətində İspaniyanın “Real Madrid” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubları maraqlıdır.
Eyni zamanda, PSJ-nin digər ulduzu Neymar da bu matçın iştirakçısı olmayıb.
“Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu isə bu görüşdə forma geyinib. O, start heyətində meydana çıxıb və oyunun 66-cı dəqiqəsində əvəzlənib.
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ