Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunları davam edir.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan idmançıları bu dəqiqəyə olan statistikaya əsasən 34 medal qazanıb.
Bunlardan 11-i qızıl, 6-sı gümüş, 17-si isə bürünc medaldır. Azərbaycan medal sıralamasında əyara görə Rusiya (67-21-23) və Özbəkistandan (16-25-18) sonra üçüncüdür.
Medal sayına görə isə Azərbaycan Rusiya (111), Qazaxıstan (67), Özbəkistan (59) və Qırğızıstandan (35) sonra beşinci sıradadır.
Qeyd edək ki, ilk MDB Oyunlarının 10 ölkənin iştirakı ilə keçirilməsi nəzərdə tutulsa da, son anda Türkmənistan yarışa qatılmaqdan imtina edib. Sentyabrın 11-dək davam edəcək yarışda Tacikistan, Ermənistan və Moldova qızıl medal üzünə həsrətdir.
Səbuhi Musayev