Rusiyanın qarışıq döyüş sənətləri ustası Həsən Məhəmmədşərifov “Gorilla Fighting Championship” turnirində ilk peşəkar döyüşünü keçirib.
Bu barədə Life.ru xəbər verib.
Döyüş birinci raundda bitib. Məhəmmədşərifov dominant mövqe tutmağı bacarıb və məğlubiyyəti karyerasında ilk olan həmyerlisi Əmir Nəsirova boğma fəndi ilə qalib gəlib.
Qeyd edək ki, 19 yaşlı Həsən Məhəmmədşərifov MMA üzrə çempionatın (UFC) rusiyalı iştirakçısı Zabit Məhəmmədşərifovun qardaşıdır.