Rusiyada yayımlanan məşhur “Zdorovye” (Sağlamlıq) verilişinin tanınmış aparıcısı Yelena Malışeva həyat yoldaşı ilə birgə Londonda kirayələdikləri evi sosial şəbəkə izləyicilərinə təqdim edib.
Özünün “Instagram” səhifəsində müvəqqəti yaşayacaqları evdən görüntülər yerləşdirən aparıcı, hotellərdə yaşamağı sevmədiyini, bundan əlavə, onların çox baha olduğunu vurğulayıb.
“Mənim həyat yoldaşım alimdir. Onun professor dostları Londonda mənzil kirayələməyimizə kömək etdilər. Mən müvəqqəti evimizə valehəm”, - teleaparıcı mənzil barədə təəssüratlarını bölüşüb.