Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Sambo Federasiyasının rəhbərliyi qərar qəbul edib.
Bununla da o, döyüş sambosunda karyerasını başa vurub. Ancaq Bəxtiyar MMA yarışlarında çıxışını davam etdirəcək.
Qeyd edək ki, Bəxtiyar Abbasov döyüş sambosu üzrə dünya və Avropa çempionatlarının mükafatçısıdır.
Səbuhi Musayev