Azərbaycanda daha bir federasiyada prezident seçkisi keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Dağ Xizəyi Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.
Seçki prosesi sabah saat 10:00-dan etibarən başlayacaq. Tədbir ənənəvi olaraq Gənclər və İdman Nazirliyində keçiriləcək.
Qeyd edək ki, Dağ Xizəyi Federasiyasının prezidenti “İSR Holdinq”in rəhbəri İsgəndər Xəlilovun oğlu Rauf Xəlilovdur.
Səbuhi Musa