Türkiyənin "Güller ve Günahlar" teleserialında canlandırdığı "Zeynep" obrazı ilə daha çox tanınan aktrisa Cemre Baysel indi də şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, məşhur sənətçinin Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Emirhan Topçu ilə eşq yaşadığı bəlli olub.
Məlumata görə, son olaraq avtoyarışçı Cem Bölükbaşı ilə sevgili olan Bayselin bu əlaqəsi uzun çəkməyib. Keçmiş sevgilisindən ayrılan aktrisa sadəcə olaraq "bitdi" deyərək məsələni bağlamışdı.
Baysel futbolçu ilə sevgili olması ilə bağlı xəbərlərə belə reaksiya verib: "Demişdim ki, bir şey olsa, biləcəksiniz. Nə yaxşı ki, eşitmisiniz".
Məşhur sənətçi jurnalistlərin "xeyirli olsun" arzularına "Amin, çox sağ olun. Özü hazırda yanımda deyil, çünki milli komandanın düşərgəsindədir", - deyə reaksiya verib.