“Barselona”nın hücumçusu Lionel Messi klubun mətbuat xidmətinə verdiyi açıqlamada cərimə zərbələrinin vurulması sirlərini bölüşüb.
L.Messi bildirib ki, o, öncə qapıçıların oyun üslubuna diqqət yetirir. Digər vacib qayda isə canlı səddə dayanan futbolçuların necə yerləşməsidir.
“Gazeta” yazır ki, “Barselona”nın kapitanı məşqlərdə bu qaydaların üzərində xüsusi çalışdığını açıqlayıb.
Qeyd edək ki, Lionel Messi İspaniya çempionatının cari mövsümündə keçirdiyi 13 oyunun hər birində fərqlənməyi bacarıb.