İspaniya La Liqasında XXVIII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” ilk dövrədə öz meydanında 3:4 hesabı ilə yenildiyi “Betis”lə bu dəfə səfərdə – Sevilyada qarşılaşıb.
Kataloniya təmsilçisi Əndəlus klubundan qisasını artıqlamasıyla alıb. Belə ki, “Barselona” ulduz futbolçusu Lionel Messinin het-trik etdiyi matçda meydan sahiblərini böyük hesabla məğlub edib – 4:1.
Səbuhi MUSAYEV