Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Messini rinqə çağırdılar](https://images.oxu.az/2025/02/13/quhbzbqXcSlv4yjT19EBgIvZ5hxcNGsVTtTF1PgS:1200.jpg)
Messini rinqə çağırdılar
Amerikalı bloqer və güləşçi Loqan Pol argentinalı futbolçu Lionel Messiyə idman içkiləri ilə bağlı məhkəmə çəkişməsi əvəzinə boks döyüşü təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə "TalkSport" məlumat verib.
Bildirilir ki, belə bir döyüşün baş vermə ehtimalı çox azdır.
Qeyd edək ki, 2022-ci ildə Pol boksçu və musiqiçi KSI ilə birlikdə "Prime" içkisini buraxıb. Tezliklə bu içki bir sıra idman klublarının rəsmi içkisinə çevrilib.
2024-cü ildə isə Messi "Prime"a çox oxşayan butulkalar və etiketlərlə "Mas+" adlı idman içkiləri seriyasını təqdim edib. Messinin brendi "Prime"ın onları qablaşdırmalarını dəyişməyə məcbur etməyə çalışdığını iddia edərək, rəqabətə zidd davranışa görə məhkəməyə müraciət edib. "Prime" isə Messinin brendini onların dizaynını kopyalamaqda ittiham edərək əks iddia qaldırıb.
Pol sosial mediada "Qardaş, sən bizi kopyaladın" deyərək, Messi 2025-ci ildə döyüşməyə razılıq verərsə, iddiadan imtina etməyi düşündüyünü bildirib.
"Lionel Messi" teqi üzrə xəbərlər
- Dünya futbolunda ən çox penalti vuran oyunçu bəlli olub
- Huqo Qatti: "Ronaldu hər zaman Messidən üstün olub, lakin Peleyə çata bilməz"
- "İnter Mayami" klubu yeni mövsüm üçün formalarını təqdim edib
- Məşhurların Superboul sevgisi - Lionel Messi və Donald Tramp da var
- Messi və Suaresin qolları "İnter Mayami"yə qələbə qazanmağa kömək etdi
Rəylər