“Barselona”nın kapitanı Lionel Messinin hansı klubda çıxış edəcəyi məsələsinə nəhayət ki, aydınlıq gəlib.
Goal.com-un məlumatına görə, argentinalı forvard elə “Barselona”da qalacaq.
Bu barədə açıqlama verən Messi bildirib ki, Bartomeunun rəhbərliyindən narazıdır:
“Xoşbəxt deyildim, buna görə də klubdan ayrılmaq istəyirdim. Lakin buna icazə verilmədi. Qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun idarəçiliyi fəlakətdir”.
🚨 WORLD EXCLUSIVE 🚨
— Goal (@goal) September 4, 2020
Lionel Messi will NOT be leaving Barcelona, we can confirm.
We sat down with the man himself to clear up a few things 🐐
Here's what he had to say: pic.twitter.com/NfnhGpZpXc