Fransanın PSJ klubunun və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya zədədən sonra bərpa prosesinin yaxşı getdiyini bildirib.
Oxu.Az xəbər verir ki, 25 yaşlı hücumçu bu barədə "Twitch" platformasında canlı yayım zamanı danışıb.
Sağ dizinin ön çarpaz bağının qırılması səbəbindən əməliyyat olunan futbolçu təxminən altı ay yaşıl meydanlardan kənarda qalacağını qeyd edib.
"Yaxşı bərpa olunuram. Tədricən, addım-addım məşq edirəm. Təxminən altı ay futbol oynamayacağam. Strimer olacağam", - deyə Kvaratsxeliya bildirib.
Gürcüstan millisinin üzvü canlı yayım zamanı fransız dilində də danışıb. O, PSJ-yə keçdikdən sonra bu dili öyrəndiyini və hazırda daha yaxşı danışdığını nümayiş etdirib.
Qeyd edək ki, Kvaratsxeliya oktyabrın 20-də UEFA Çempionlar Liqasında "Barselona" ilə matçda (4:2) zədələnib. PSJ oktyabrın 27-də futbolçunun sağ dizinin ön çarpaz bağının qırılması səbəbindən əməliyyat olunduğunu açıqlayıb.