Ümumdünya Boks Təşkilatı (WBO) amerikalı boksçu kiçik Floyd Meyvezerin yarı-orta çəki dərəcəsində (66,67 kq qədər) çempion titulundan məhrum edib.
Bu barədə Oxu.Az BoxingScene istinadən xəbər verir.
Boksçunun çempion kəmərindən məhrum edilməsi barədə yekun qərar WBO-nun qərərgahında Puetro-Rikonun San-Xuane şəhərində verilib.
Səbəb - mayın 2-də Las-Veqasda filippinli Menni Pakyaonu məğlub edən Meyvezerin təşkilata təyin olunmuş vaxtda məcburi ödəmənin etməməsi olub.
Forbes jurnalı tərəfindən dövrümüzün ən varlı idmançısı adlandırılan amerikalı boksçu iki ay ərzində WBO-nun hesabına 200 min dollar məbləğində ödəməni köçürməyib.
“Cənab Meyvezer bizə heç bir çıxış yolu qoymadı. Biz onu reqlamentə riayət etmədiyi üçün tituldan məhrum edirik”, - təşkilatın çempionluq komitəsinin rəhbəri Luis Batista deyib. O qeyd edib ki, boksçu iki ay ərzində apellyasiyaya şikayət edə bilər.
Batistanın sözlərinə görə, kəmər digər amerikalı boksçu Timoti Bredliyə keçəcək.
Gözlənilir ki, o çempion kəməri ilk dəfə noyabrın 21-də Sadam Əliyə qarşı keçirəcək döyüşdə çıxacaq.
Xatırladaq ki, Pakyao üzərində qələbədən sonra Meyvezer bütün çempion titullarından (WBO, WBA və WBC versiyaları üzrə) imtina edəcəyini bildirmişdir, lakin sonradan fikrini dəyişdi.